Polis , London dakı İsrail səfirliyi yaxınlığında atılmış bir sıra əşyalar tapıldıqdan sonra təhlükəsizlik insidentini araşdırdığını bildirib. Açıqlamada qeyd olunub ki, Terrorla Mübarizə Polisi London , gecə ərzində onlayn paylaşılan və bir qrupun səfirliyi təhlükəli maddələr daşıyan dronlarla hədəf aldığını iddia etdiyi videodan xəbərdardır. Polis səfirliyə hücum edilmədiyini və təcili araşdırmaların aparıldığını bildirib. Açıqlamada deyilir: “Bu mərhələdə ictimai təhlükəsizlik üçün artan risk olduğuna inanmırıq.” Əlavə məlumatlar tezliklə veriləcək…