HSBC süni intellektdən istifadəni genişləndirmək məqsədilə Böyük Britaniya sərvət idarəçiliyi biznesində, o cümlədən maliyyə məsləhətçiləri və mütəxəssis heyətində kəskin ixtisarlar planlaşdırır. Bu barədə çərşənbə günü Financial Times xəbər verib.