Hindistan 2030-cu ilə qədər 5G istifadəçi bazasını 550 milyondan bir milyarda çatdırmağı hədəfləyir. Bu barədə cümə axşamı Rabitə Naziri Jyotiraditya Scindia bildirib və əlavə edib ki, 4G texnologiyasında dünyadan geri qalan ölkə, 6G texnologiyasında dünyada lider olmağı qətiyyətlə planlaşdırır. Hindistan Mobil Konqresi (IMC) 2026 -nın 10-cu buraxılışının açılışında çıxış edən Scindia , Hindistanda 5G-nin dünyada ən sürətlə mənimsənilən 5G texnologiyası olduğunu qeyd edib. O deyib: "Bu gün 5G-də 550 milyon istifadəçimiz var... Lakin biz bununla kifayətlənməyəcəyik. 2030-cu ilə qədər hədəfimiz bu rəqəmi 550 milyondan bir milyard 5G müştərisinə çatdırmaqdır." 6G ilə bağlı Scindia bildirib ki, tərkibində 90 qurumun olduğu Bharat 6G Alyansı 7 700 patent əldə edib ki, bunlardan 4 400-ü beynəlxalq patentdir. O deyib: "Biz 4G-də dünyadan geri qalırdıq. 5G-də dünya ilə birlikdə irəlilədik. Lakin qətiyyətimiz ondan ibarətdir ki, 6G-də dünyaya liderlik edəcəyik."