Malayziya nın yarımkeçirici sənayesində fəaliyyət göstərən SQ Advanced Interconnect (SQAI) şirkəti 2027-ci ilin ilk rübündə ilkin kütləvi təklif (İPO) vasitəsilə təxminən 300 milyon RM (73 milyon ABŞ dolları) vəsait cəlb etməyi planlaşdırır. Məsələ ilə tanış olan mənbələr bildiriblər ki, Penanq da yerləşən şirkət listinqdə 1,5 milyard RM-ə qədər dəyər axtara bilər. Mənbələr bu məlumatları özəl olaraq müzakirə etdikləri üçün adlarının çəkilməsini istəməyiblər. Onlar, həmçinin, müzakirələrin davam etdiyini və İPO-nun ölçüsü, eləcə də vaxtı kimi detalların dəyişə biləcəyini qeyd ediblər. SQAI -nin sözçüsü bu barədə şərh verməkdən imtina edib. SQAI -nin layihə prospektinə əsasən, şirkət təxminən 337,5 milyon səhm satmağı və əldə olunan gəliri obyektlərin genişləndirilməsi, tədqiqat və inkişaf, eləcə də digər sahələrə yönəltməyi hədəfləyir. Malayziya yüksək dəyərli yarımkeçirici mərkəzə çevrilmək ambisiyasına malikdir və ölkənin çip ixracı rekord səviyyədədir. Şirkətin Malayziya nın yarımkeçirici mərkəzi olan Penanq da, həmçinin Çin də də zavodu var. Mənbələr: www.businesstimes.com.sg