Azərbaycanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı dəyişiklik edildi Dövlət büdcəsi 17/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Vahid xəzinə hesabının sərbəst qalığının hansı istiqamətlərə yönəldiləcəyi məlum olub. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qərara əsasən, vahid xəzinə hesabının sərbəst qalığı aşağıdakı istiqamətlərə yönəldiləcək: dövlət büdcəsi kəsirinin və onun daxilində aşağıdakı xərclərin (fərqin) maliyyələşdirilməsinə: Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş qaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsində nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsi hesabına yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar xərcləri; Dövlət Əməyin Mühafizəsi Fondunun ilin sonuna qalan istifadə olunmamış vəsaiti hesabına onların xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışından əldə olunan və ilin sonuna qalan xərclənməmiş vəsait hesabına Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydaya uyğun olaraq xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda). Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmış məbləğdə Dövlət borcu və zəmanəti üzrə Təminat Fondunun vəsaitlərinin artırılmasına. MənbəTREND Taglarbüdcə vəsaitləriƏli Əsədov Son xəbərlər Ölkə xarici Tramp İranın bir də heç vaxt Hörmüz boğazını bağlamayacağını bildirib 17/04/2026 Ölkə xarici Tramp: İranla razılaşma imzalanana qədər Hörmüzü blokadada saxlayacağıq 17/04/2026 Bank xəbərləri Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır! 17/04/2026 Maliyyə xəbərləri Koreya Azərbaycanda xəzinədarlıq sisteminin yaradılmasına dəstək verəcək 17/04/2026 Digər xəbərlər Ölkə xarici Tramp İranın bir də heç vaxt Hörmüz boğazını bağlamayacağını bildirib 17/04/2026 Ölkə xarici Tramp: İranla razılaşma imzalanana qədər Hörmüzü blokadada saxlayacağıq 17/04/2026 Bank xəbərləri Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır! 17/04/2026 Maliyyə xəbərləri Koreya Azərbaycanda xəzinədarlıq sisteminin yaradılmasına dəstək verəcək 17/04/2026