92 nömrəli marşrutun avtobusları yenilənir Nəqliyyat 17/04/2026 Paylaş FacebookXWhatsAppTelegram 92 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, Binəqədi (10 May küçəsi) və Biləcəri qəsəbələrini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 92 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir. “Aprelin 19-dan sərnişinlərin xidmətinə veriləcək 6 böyüktutumlu “Yutong” markalı müasir avtobus CNG texnologiyası ilə təchiz olunub. Yaxın aylarda marşrut üzrə avtobusların digər qisminin də yenilənməsi təmin ediləcək. Ümumilikdə 14 avtobus 7-8 dəqiqə intervalla sərnişinlərin ixtiyarında olacaq” – məlumatda vurğulanıb. Qeyd edək ki, avtobuslarda ödəniş nağdsız qaydadadır. MənbəREPORT Taglar92 nömrəli marşrutAzərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Son xəbərlər Ölkə xarici Antalyada Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirilir 17/04/2026 Ümumi iqtisadi xəbərlər Bakı və İrəvan arasında qarşılıqlı ixrac üzrə ilkin razılaşmalar əldə olunub 17/04/2026 Ümumi iqtisadi xəbərlər Ermənistandan Azərbaycana bəzi məhsulların ixracı gözlənilir 17/04/2026 Energetika Ermənistan Azərbaycan və Mərkəzi Asiyadan tədarüklər üçün enerji habı olmaq istəyir 17/04/2026 Digər xəbərlər Ölkə xarici Antalyada Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirilir 17/04/2026 Ümumi iqtisadi xəbərlər Bakı və İrəvan arasında qarşılıqlı ixrac üzrə ilkin razılaşmalar əldə olunub 17/04/2026 Ümumi iqtisadi xəbərlər Ermənistandan Azərbaycana bəzi məhsulların ixracı gözlənilir 17/04/2026 Energetika Ermənistan Azərbaycan və Mərkəzi Asiyadan tədarüklər üçün enerji habı olmaq istəyir 17/04/2026