"Sabah" Azərbaycan Basketbol Liqasında yarımfinala vəsiqə qazanıb. "Report"un məlumatına görə, komanda buna 1/4 final mərhələsinin ikinci oyununda "Naxçıvan"ı məğlub etməklə nail olub. Bakı İdman Sarayındakı qarşılaşma 97:86 hesabı ilə yekunlaşıb. İlk görüşdə "Sabah" 106:74 hesabı ilə üstün olub. Günün ilk matçında "Abşeron Lions" "Şəki"ni məğlub edərək (105:94, ilk oyun - 109:78) növbəti raunda yüksəlib. Xatırladaq ki, ötən gün "Gəncə" "Ordu"nu 85:78 (ilk oyun - 106:108) "Neftçi" NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib. Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.