Prezident Donald Tramp cümə günü bildirdi ki, onun administrasiyasının UFO ilə bağlı materialların araşdırması bir sıra “maraqlı” sənədlər aşkar edib və ilkin sənədlər dəstinin tezliklə yayımlanması gözlənilir. “Mən deməliyəm ki, biz çox maraqlı sənədlər tapdıq və ilk buraxılışlar çox, çox tezliklə başlayacaq, beləliklə siz gedib bu fenomenin doğru olub-olmadığını görə bilərsiniz”, – Tramp mühafizəkar qrup Turning Point USA tərəfindən təşkil edilən tədbirdə bir qrup tərəfdarına bildirib. Tramp fevral ayında ABŞ agentliklərinə ictimaiyyətin məsələyə böyük marağını əsas gətirərək UFO -lar, müəyyən edilməmiş hava hadisələri və mümkün yadplanetli həyatı ilə bağlı hökumət sənədlərini yayımlamağa başlamağı tapşırmışdı. Tramp bu araşdırmanı keçmiş prezident Barak Obama nı podkast müsahibəsində yadplanetlilərin “həqiqi” olduğunu söyləyərkən məxfi məlumatları düzgün olmayan şəkildə paylaşmaqda ittiham etdikdən sonra sifariş etmişdi.