İran yenidən Hörmüz boğazını bağlayıb Ölkə xarici 18/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ-nin İrandan və İran istiqamətində gəmilərin keçidinə tam şəkildə sərbəst hərəkətinə vermədiyi zamana qədər Hörmüz boğazındakı vəziyyət tam şəkildə nəzarətdədir və əvvəlki vəziyyətə qaytarılıb. Bunu İranın Xatəm əl-Ənbiya Qərargahının sözçüsü İbrahim Zülfüqari yerli mediaya müraciətində deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, müxtəlif tərəflərlə müzakirələrlə əldə olunan razılaşma əsasında İran bir sıra neft tankerləri və ticarət gəmilərinin nəzarətlə Hörmüz boğazından keçməsinə razılıq vermişdi. Lakin ABŞ tərəfi İran limanlarının blokadasını davam etdirir. “Bu səbəbə görə, Hörmüz boğazına nəzarət əvvəlki vəziyyətə qayıdıb və strateji əhəmiyyət kəsb edən bu boğaz İran Silahlı Qüvvələrinin sərt nəzarətindədir”, – deyə o qeyd edib. Xatırladaq ki, ABŞ 13 apreldən İrana limanlarına dəniz blokadası tətbiq edib. Bu günə qədər ABŞ tərəfi İranın 21 gəmisinin saxlanılaraq geri qaytarıldığını elan edib. Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb. MənbəTREND TaglarHörmüz boğazıİran Son xəbərlər Ölkə xarici TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilir 18/04/2026 Ümumi iqtisadi məqalələr İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib 18/04/2026 Xarici biznes xəbərləri Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb 18/04/2026 Bank xəbərləri Bank borcunu ödəməyənlərlə bağlı yeni qayda 18/04/2026 Digər xəbərlər Ölkə xarici TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilir 18/04/2026 Ümumi iqtisadi məqalələr İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib 18/04/2026 Xarici biznes xəbərləri Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb 18/04/2026 Bank xəbərləri Bank borcunu ödəməyənlərlə bağlı yeni qayda 18/04/2026