Kürdə suyun səviyyəsi artıb Ölkə daxili 18/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Son günlər Kür çayında suyun səviyyəsində əhəmiyyətli artım qeydə alınıb. Mövcud vəziyyət əkin sahələrinə xidmət edən, çaydan sugötürən bəzi nasos stansiyalarının fəaliyyətinə təsir göstərib. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, yaranmış risklərin qarşısını almaq və texniki qurğuların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti tərəfindən riskli ərazilərdə yerləşən nasos stansiyaları müvəqqəti olaraq sahildən çıxarılıb və onların fəaliyyətində fasilələr verilib. “Bu addım mümkün mənfi təsirlərin və daha ciddi fəsadların qarşısının alınmasına yönəlib. Hazırda vəziyyət Xidmət tərəfindən daim nəzarətdə saxlanılır, eyni zamanda su təminatı alternativ mənbələr vasitəsilə davam etdirilir. Su səviyyəsi sabitləşdikdən sonra nasos stansiyalarının mərhələli şəkildə yenidən istismara verilməsi planlaşdırılır. Vətəndaşlardan xahiş olunur ki, yaranmış vəziyyəti anlayışla qarşılasınlar və yalnız rəsmi məlumatlara etibar etsinlər. Əlavə məlumatlar barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcəkdir”, – məlumatda qeyd olunub. MənbəAPA TaglarAzərbaycan Dövlət Su Ehtiyatları AgentliyiKür çayı Son xəbərlər Ölkə xarici TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilir 18/04/2026 Ümumi iqtisadi məqalələr İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib 18/04/2026 Xarici biznes xəbərləri Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb 18/04/2026 Bank xəbərləri Bank borcunu ödəməyənlərlə bağlı yeni qayda 18/04/2026 Digər xəbərlər Ölkə xarici TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilir 18/04/2026 Ümumi iqtisadi məqalələr İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib 18/04/2026 Xarici biznes xəbərləri Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb 18/04/2026 Bank xəbərləri Bank borcunu ödəməyənlərlə bağlı yeni qayda 18/04/2026