Ağdamda 25 yaşlı gənc traktor aqreqatının altında qalaraq həyatını itirib. "Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən traktora qoşulmuş torpaqüyüdən aqreqatın altında qalıb. H. Mahmudlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.