Türkiyədə onlayn oyunlara çıxışı bloklayan uşaq kartlarının tətbiqi planlaşdırılır Ölkə xarici 19/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Türkiyədə təhsil müəssisələrində uşaqların və yeniyetmələrin iştirakı ilə baş verən silahlı insidentlər fonunda məzmun məhdudiyyətləri tətbiq edilən, o cümlədən onlayn oyunlara çıxışı bağlanan uşaq SIM-kartlarının tətbiqi planlaşdırılır. Kahramanmaraş vilayətində yerləşən orta məktəbdə baş vermiş faciə ilə bağlı aparılan araşdırma zamanı müəyyən olunub ki, kütləvi qətl törədən VIII sinif şagirdi İsa Aras Mersinli “zorakılıq məzmunlu” kompüter və videooyunlarının aktiv istifadəçisi olub və hücum planlarını digər ölkələrdən olan oyunçularla bölüşüb. Xüsusilə, internetdə tanış olduğu Argentinadan olan qız bildirib ki, 14 yaşlı yeniyetməni doqquz nəfərin həyatına son qoyan cinayətdən çəkindirməyə çalışıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Türkiyədə analitiklər və ekspertlər hesab edirlər ki, əksər hallarda zorakılığı təbliğ edən videooyunlar aqressiv davranış riskini artırır. Oyun oynayan gənclər əsasən mobil telefonlardan istifadə edir, buna görə yaxın vaxtlarda VPN xidmətlərinin bloklanması, həmçinin yaşı 18-dək olan şəxslər üçün GSM tarif planlarına məhdudiyyətlərin tətbiqi planlaşdırılır. Valideynlər onlayn oyunlara çıxışı bloklanan uşaq SIM-kartlarına nəzarət edə biləcəklər, oyunlara çıxış üçün istifadə olunan VPN xidmətləri isə əlçatmaz olacaq. MənbəAZƏRTAC TaglarkartTürkiyə Son xəbərlər Avto xəbərlər Maşın bazarında durğunluq yaranıb – Avtomobillərə maraq niyə azalıb? 19/04/2026 Ölkə xarici Avropada inflyasiya sürətlənib 19/04/2026 Neft və Qaz İraq neft ixracını bərpa edir 19/04/2026 Ölkə daxili Ceyhun Bayramov Taylanda işgüzar səfərə yola düşüb 19/04/2026 Digər xəbərlər Avto xəbərlər Maşın bazarında durğunluq yaranıb – Avtomobillərə maraq niyə azalıb? 19/04/2026 Ölkə xarici Avropada inflyasiya sürətlənib 19/04/2026 Neft və Qaz İraq neft ixracını bərpa edir 19/04/2026 Ölkə daxili Ceyhun Bayramov Taylanda işgüzar səfərə yola düşüb 19/04/2026