Cənubi Koreyanın Ulsan şəhərində yerləşən kimya istehsalı müəssisəsində çərşənbə günü səhər saatlarında güclü yanğın baş verib. Hadisə nəticəsində zavodun yaxınlığında işləyən təxminən 7 000 işçi təhlükəsiz ərazilərə təxliyə edilib. Ulsan Yanğın Qərargahının məlumatına görə, yanğın saat 09:41 -də başlayıb və alovun söndürülməsi üçün 200 -ə yaxın yanğınsöndürən və üç helikopter səfərbər edilib. Yanğının 8 000 litr həcmində yanan maddə olan toluol saxlayan açıq anbar çənindən qaynaqlandığı ehtimal edilir. Hadisə zamanı zavodda olan 16 işçinin hamısı təxliyə edilib və ilkin məlumatlara görə, xəsarət alan olmayıb. Yanğın nəticəsində yaranan tüstü səbəbindən yaxınlıqdakı neftayırma zavodu S-OIL özünün Shaheen neft-kimya layihəsinin fəaliyyətini qismən dayandırmaq məcburiyyətində qalıb. Daxili İşlər Naziri Yun Ho-jung , səlahiyyətli orqanlara yanğının söndürülməsi üçün bütün mövcud resursları səfərbər etməyi və itkin düşə biləcək qurbanların olub-olmadığını yoxlamağı əmr edib. Polis və yanğınsöndürmə orqanları yanğının dəqiq səbəblərini araşdırmağı planlaşdırırlar. Mənbələr: www.koreaherald.com