Lənkəranda avtomobil təmiri sexində partlayış olub. "Report"un Cənub bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, Füzuli küçəsində avtomobil təmiri sexində işləyən 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlının benzinlə ehtiyatsız davranması nəticəsində partlayış baş verib. İ.Qasımlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bədənin çoxsaylı yanığı, üz və hər iki qolun 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Xəsarət alana ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.