Gəncədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Əziz Əliyev küçəsində baş verib. "BMW" və "Changan" markalı maşınlar tooquşub. Hadisə zamanı 1949-cu il təvəllüdlü Nüsrəddin Qasımov, 1968-ci il təvəllüdlü Valeh Həsənov və 1975-ci il təvəllüdlü Vəli Hüseynov xəsarət alıblar. Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.