Malayziyanın Borneo adasındakı Sabah ştatında baş verən yanğın təxminən 1000 evi məhv edib və minlərlə insanı evsiz qoyub. Bu barədə yanğınsöndürmə idarəsi məlumat verib. Yanğın bazar günü səhər saatlarında Sabahın su kəndlərindən birində, insanların sıx yerləşmiş, dirəklər üzərində tikilmiş taxta evlərdə yaşadığı ərazidə başlayıb. Yerli polis rəisi 9000 sakinin zərər çəkdiyini, lakin ölüm və xəsarət olmadığını bildirib. Məlumata görə, dar keçidlər təcili yardım xidmətlərinin zərər çəkmiş əraziyə çatmasını çətinləşdirib, güclü küləklər isə yanğının yayılmasına səbəb olub.