Rusiya Müdafiə Nazirliyi şənbə günü Ukraynanın infrastruktur obyektlərinə, o cümlədən Kryvyi Rih şəhərindəki ölkənin ən böyük polad zavoduna genişmiqyaslı gecə hücumu həyata keçirdiyini bildirib. Zavod ArcelorMittal polad nəhənginə məxsusdur və şirkət bir sıra Rusiya ballistik raket zərbələrindən sonra sentyabr ayında müəssisənin fəaliyyətini dayandırmışdı. Nazirlik bəyanatında zavodun Ukrayna hərbi-sənaye kompleksini polad məhsulları ilə təmin etdiyini qeyd edib. Bildirilib ki, Rusiya qüvvələri həmçinin şimal-qərbdəki Jıtomır şəhərində bir elektrik yarımstansiyasını və cəbhə xəttinə yaxın Zaporijya şəhərində başqa bir polad zavodunu vurub. Nazirlik həmçinin Qara dəniz də bir yük gəmisinin vurulduğunu və onun Ukrayna nın Odessa limanına hərbi yük çatdırdığını iddia edib. Reuters nazirliyin hesabatını müstəqil şəkildə təsdiqləyə bilməyib.