"Mən əvvəllər onların nəcib insanlar olduğunu düşünürdüm," Nasibo Böyük Britaniya hərbçiləri haqqında deyir. O, Edward ın atasının onu həqiqətən sevdiyinə və qayğısına qaldığına inanırdı. Biz əsgərin anasının Nasibo ya hamilə qalmazdan əvvəl yazdığı məktubu görmüşük, o, oğlunu bu qədər xoşbəxt etdiyi üçün ona təşəkkür edirdi. Və Nasibo ona hamilə olduğunu deyəndə, o, sevinmiş görünürdü. O, əgər uşaq oğlan olarsa, ona qardaşının adını verməyə təkid etdi və Böyük Britaniya ya səfərindən nişan üzüyü ilə qayıtdı.