Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi X/Twitter-də yazıb ki, Rusiyanın gecə ərzində enerji obyektlərinə və digər kritik infrastruktura qarşı həyata keçirdiyi kütləvi hücum nəticəsində Ukrayna da yarım milyondan çox insan işıqsız qalıb. Zelenski yazıb: “Gecə ərzində Rusiyanın daha bir ballistik raket hücumu bir neçə dalğa ilə gəldi və bir daha tərəfdaşlarımızdan erkən xəbərdarlıq olmadı. Onlar yenidən enerji obyektlərini və infrastrukturu hədəf aldılar, lakin tibb klinikası, məktəb, metro stansiyası və adi yaşayış binaları da zədələndi.” “Təkcə bu bir gecədə 10-dan çox enerji infrastrukturu obyekti zədələndi və ən azı 550 000 ailə işıqsız qaldı. Təmir briqadaları hadisə yerlərində işləyir.” Zelenski əlavə edib ki, Rusiya 16 ballistik raket və reaktiv mühərrikli Shahed dronları da daxil olmaqla 200-dən çox müxtəlif növ pilotsuz uçuş aparatı buraxıb. “Təəssüf ki, itkilər var”, o bildirib və ailələrinə başsağlığı verib. Zelenski davam edib: “ Ukrayna bu müharibəni heç vaxt istəməyib və biz tərəfdaşlarımızın bu müharibəni şərəflə bitirmək üçün hər bir cəhdinə müsbət cavab verdik – hər bir atəşkəs təklifinə cavabımız müsbət oldu. Ballistik raketlər, “Shahedlər” və qətllər, yenə də Rusiya nın cavablarıdır.” “ Putin nəinki bu müharibənin bitməsini, hətta hər hansı deeskalasiya addımlarını da istəmir. Hər bir tərəfdaşımız Rusiya dan rədd cavabları eşidəndə bununla şəxsən üzləşib. Və hər şeyi öz adı ilə çağırmaq çox vacibdir. Təcavüzkarı təcavüzkar adlandırmaq və Ukrayna ya həyatları qorumaqda kömək etmək.” Günün əvvəlində Rusiya Müdafiə Nazirliyi bazar ertəsi bildirib ki, onun qüvvələri Kiyev və Ukrayna nın paytaxt regionundakı hədəflərə, hərbi-sənaye obyektlərinə, qanadlı raketlər və pilotsuz uçuş aparatları üçün anbarlara, həmçinin məlumat mərkəzlərinə “kütləvi zərbə” endirib.