Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Şri-Lanka Demokratik Sosialist Respublikasının Kənd İnkişafı, Sosial Təminat və İcmaların Səlahiyyətləndirilməsi naziri Upali Pannilage ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb. Qeyd edilib ki, nazirlər qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan münasibətlərin inkişafını yüksək qiymətləndirib, müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər. Bundan əlavə Şri-Lanka tərəfi son təbii fəlakətlər zamanı Azərbaycan tərəfindən göstərilən humanitar yardıma görə minnətdarlığını ifadə edib. Görüşdə iqtisadi əlaqələrin gücləndirilməsi və ticarət dövriyyəsinin artırılması məsələlərinə xüsusi diqqət yetirilib. Turizmin daha geniş əməkdaşlıq üçün mühüm amil olduğu vurğulanıb. Bundan əlavə, Şri-Lanka vətəndaşları üçün təqaüd imkanları da görüş zamanı qeyd olunub. Tərəflər bildiriblər ki, xarici işlər nazirləri arasında məsləhətləşmə mexanizmindən istifadə olunması, eləcə də çoxtərəfli platformalarda səylərin əlaqələndirilməsi ikitərəfli münasibətlərin inkişafına əlavə təkan verəcək. Jeyhun Bayramov, Minister of Foreign Affairs of the Republic of Azerbaijan met with Upali Pannilage, Minister of Rural Development, Social Security & Community Empowerment of the Democratic Socialist Republic of Sri Lanka on the sidelines of @UNESCAP’s 82nd Commission Session in… pic.twitter.com/t0P6JACGPf