UEFA İnkişaf Turnirində iştirak edəcək Azərbaycanın U-17 millisinin ilkin heyəti bəlli olub. Bu barədə "Report"a AFFA-dan məlumat verilib. 17 yaşadək futbolçulardan ibarət yığma bu gündən aprelin 23-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışında olacaq. U-17 aprelin 24-dən mayın 1-dək Qazaxıstanın Çimkənd şəhərində UEFA İnkişaf Turnirində iştirak edəcək. Aqil Nəbiyevin baş məqşçisi olduğu kollektiv turnir çərçivəsində Rusiya, Qazaxıstan və Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. 20 futbolçudan ibarət yekun heyət Qazaxıstan səfəri öncəsi müəyyənləşəcək.