İran XİN: Tehran ABŞ ilə yeni danışıqlar raundu keçirməyi planlaşdırmır Ölkə xarici 20/04/2026 Paylaş FacebookXWhatsAppTelegram İranın ABŞ ilə ikinci raund danışıqlar keçirmək üçün planı və proqramı yoxdur. Tehran diplomatik görüşlə bağlı qərarı Vaşinqtonun addımlarına əsasən verəcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqai bildirib. Baqai qeyd edib ki, Livanla bağlı razılaşmaların pozulması və İrana qarşı dəniz blokadası cəhdləri İranın ABŞ-yə olan etimadını daha da zəiflədir. “Buna görə də İran danışıqlar prosesinin davamı ilə bağlı müvafiq qərar qəbul edəcək”, — deyə o bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Aprelin 19-da ABŞ prezidenti Donald Tramp İranla danışıqların aprelin 20-də axşam saatlarında İslamabadda keçiriləcəyini açıqlamışdı. İranın dövlət agentliyi IRIB isə Tehranın ABŞ nümayəndə heyəti ilə yeni danışıqlarda iştirak etməyi planlaşdırmadığını bildirib. “Axios”un mənbələrinə görə, iranlı rəsmilər ABŞ ilə danışıqların İrana qarşı yeni hücum üçün örtük ola biləcəyindən şübhələnirlər. Danışıqların ilk mərhələsi aprelin 11-də baş tutub. Son xəbərlər Bank xəbərləri AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi 20/04/2026 Bank renkinqləri Bankların istehlak kreditləri üzrə RENKİNQ: həcm, dinamika və bazar payı (01.04.2026) 20/04/2026 Bank renkinqləri Bankların biznes kreditləri üzrə RENKİNQ: həcm, dinamika və bazar payı (01.04.2026) 20/04/2026 Vergi xəbərləri Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur? 20/04/2026 Digər xəbərlər Bank xəbərləri AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi 20/04/2026 Bank renkinqləri Bankların istehlak kreditləri üzrə RENKİNQ: həcm, dinamika və bazar payı (01.04.2026) 20/04/2026 Bank renkinqləri Bankların biznes kreditləri üzrə RENKİNQ: həcm, dinamika və bazar payı (01.04.2026) 20/04/2026 Vergi xəbərləri Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur? 20/04/2026