Baku Steel Company Almaniyada Tube 2026 sərgisində Yerli biznes xəbərləri 20/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ®13–17 aprel 2026-cı il tarixlərində Almaniyanın Düsseldorf şəhərində boru sənayesinin aparıcı beynəlxalq tədbirlərindən biri olan Tube 2026 sərgisi keçirilib. Azərbaycanı sərgidə yeganə milli iştirakçı qismində “Baku Steel Company” QSC (bundan sonra – BSC) təmsil edib. ⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Sərgi çərçivəsində şirkətin nümayəndə heyəti Avropa İttifaqı, ABŞ, Mərkəzi Asiya və Yaxın Şərq regionlarından olan mövcud və potensial müştərilərlə bir sıra işgüzar görüşlər keçirib. Danışıqların nəticəsi olaraq tərəfdaşların BSC-nin istehsalat sahələrinə səfərləri, eləcə də xarici regionlarda sifarişçilərin obyektlərinə texniki səfərlərin təşkili razılaşdırılıb. Keçirilən görüşlər şirkətin ixrac coğrafiyasının genişləndirilməsi və beynəlxalq işgüzar əlaqələrinin yeni müstəviyə çıxarılması baxımından əhəmiyyətli olub. Bundan əlavə, aparıcı avadanlıq istehsalçıları ilə keçirilən görüşlərdə perspektivli birgə layihələr, uzunmüddətli təchizat imkanları və texnoloji əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tədbirin önəmli nəticələrindən biri də BSC-nin Beynəlxalq Boru Assosiasiyasına (International Tube Association – ITA) üzvlük üçün rəsmi dəvət alması olub. Bu, şirkətin beynəlxalq bazarlardakı fəallığının, artan sənaye nüfuzunun və qlobal standartlara uyğun fəaliyyətinin göstəricisidir. Tube sərgisi 1988-ci ildən etibarən iki ildən bir keçirilir. 2026-cı il sərgisində 40-dan çox ölkədən 1100-dən artıq şirkət iştirak edərək boru sənayesi üçün geniş çeşiddə həllər nümayiş etdirib. Xatırladaq ki, BSC 2024-cü ildə API (American Petroleum Institute) sertifikatını əldə edərək, bu beynəlxalq standart çərçivəsində istehsal olunan boru məhsullarının ABŞ və Avropa İttifaqı bazarlarına ixracına başlayıb. Bu sertifikat şirkətin məhsullarının neft-qaz sənayesinin yüksək keyfiyyət və texniki tələblərinə uyğunluğunu təsdiq edir və beynəlxalq bazarlardakı rəqabət qabiliyyətini daha da gücləndirir. ŞİRKƏT HAQQINDA “Baku Steel Company” QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir və tikinti, infrastruktur və sənaye sektorları üçün yüksək keyfiyyətli polad məhsulları istehsal edir. Ətraflı məlumat üçün: www.bakusteel.com TaglarBaku Steel Company Son xəbərlər Bank xəbərləri AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi 20/04/2026 Bank renkinqləri Bankların istehlak kreditləri üzrə RENKİNQ: həcm, dinamika və bazar payı (01.04.2026) 20/04/2026 Bank renkinqləri Bankların biznes kreditləri üzrə RENKİNQ: həcm, dinamika və bazar payı (01.04.2026) 20/04/2026 Vergi xəbərləri Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur? 20/04/2026 Digər xəbərlər Bank xəbərləri AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi 20/04/2026 Bank renkinqləri Bankların istehlak kreditləri üzrə RENKİNQ: həcm, dinamika və bazar payı (01.04.2026) 20/04/2026 Bank renkinqləri Bankların biznes kreditləri üzrə RENKİNQ: həcm, dinamika və bazar payı (01.04.2026) 20/04/2026 Vergi xəbərləri Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur? 20/04/2026