Qiymətli metallar Yaxın Şərqdə gərginliyin artması fonunda ucuzlaşıb İnvestisiya 20/04/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ilin iyun ayı üzrə “Comex” əmtəə birjasında qızıl fyuçersləri Bakı vaxtı ilə saat 13:00-a olan məlumata görə 1,36% ucuzlaşaraq bir unsiya üçün 4813 dollara düşüb. “Comex”də iyun ayı üzrə gümüş fyuçerslərinin qiyməti isə 2,9% azalaraq bir unsiya üçün 79,46 dollara enib. Qiymətli metallar Yaxın Şərqdəki vəziyyət fonunda ucuzlaşır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Aprelin 7-də İran və ABŞ iki həftəlik atəşkəs barədə razılığa gəlib. Aprelin 13-də Vaşinqton Ormuz boğazına qarşı dəniz blokadasına başlayıb. Aprelin 17-də Tehran birtərəfli qaydada boğazı kommersiya gəmiləri üçün açsa da, ABŞ İran limanlarının blokadasını davam etdirib. Bundan sonra İran yenidən boğazı bağlayıb. Aprelin 19-da ABŞ prezidenti Donald Tramp Oman körfəzində Touska adlı İran yük gəmisinin ələ keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, gəmi dəniz blokadasını yarmağa çalışıb. Növbəti gün İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqai bildirib ki, Tehran Touska-nın ələ keçirilməsini hücum və atəşkəs rejiminin pozulması kimi qiymətləndirir. Son xəbərlər Bank xəbərləri Kreditini AFB Bank-a daha sərfəli şərtlərə keçir! 20/04/2026 Bank xəbərləri Azərbaycan banklarının aktivləri ilk rübdə 57.6 milyard manatı keçib 20/04/2026 Ölkə daxili Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar 20/04/2026 Bank xəbərləri Ziraat Bank Azərbaycan 2026-cı ilə güclü maliyyə nəticələri ilə başlayıb 20/04/2026 Digər xəbərlər Bank xəbərləri Kreditini AFB Bank-a daha sərfəli şərtlərə keçir! 20/04/2026 Bank xəbərləri Azərbaycan banklarının aktivləri ilk rübdə 57.6 milyard manatı keçib 20/04/2026 Ölkə daxili Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar 20/04/2026 Bank xəbərləri Ziraat Bank Azərbaycan 2026-cı ilə güclü maliyyə nəticələri ilə başlayıb 20/04/2026