İraq Ceyhan vasitəsilə neft ixracını gündəlik 500 min barelə qədər artırır Neft və Qaz 20/04/2026 Paylaş FacebookXWhatsAppTelegram İraq yaxın vaxtlarda ölkənin şimalındakı Kərkükdən Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına daşınan neftin həcmini gündəlik 500 min barelə qədər artıracaq. Bu barədə İraqın neft nazirliyi məlumat verib. Mart ayının ortalarında İraq Kərkükdən Ceyhana daşınan gündəlik neft həcmini 250 min barelə çatdırmışdı. Aprelin 6-da isə ölkə cənubdakı Bəsrə vilayətindən gündəlik təxminən 90 min barel nefti İraq Kürdüstanı regionuna yönəltməyə başlayıb ki, oradan da boru kəməri ilə Ceyhana ötürülsün. Beləliklə, şimal quru marşrutu üzrə ümumi nəql həcmi 340 min barelə çatdırılıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Basra Oil Company” şirkətinin rəhbəri Basem Abdel Kərim Naser bildirib ki, İraqın ixrac strategiyasında məcburi dəyişiklik və şimal marşrutunun müvəqqəti alternativ kimi əhəmiyyətinin artması ölkənin cənubunda təhlükəsizlik və əməliyyat vəziyyətinin mürəkkəbləşməsi səbəbindən satış kanallarında yaranan fasilələri kompensasiya etmək zərurəti ilə bağlıdır. “Sky News Arabia”nın məlumatına görə, mart ayında İraqın neft ixracı təxminən 80% azalıb. Son xəbərlər Bank xəbərləri Kreditini AFB Bank-a daha sərfəli şərtlərə keçir! 20/04/2026 Bank xəbərləri Azərbaycan banklarının aktivləri ilk rübdə 57.6 milyard manatı keçib 20/04/2026 Ölkə daxili Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar 20/04/2026 Bank xəbərləri Ziraat Bank Azərbaycan 2026-cı ilə güclü maliyyə nəticələri ilə başlayıb 20/04/2026 Digər xəbərlər Bank xəbərləri Kreditini AFB Bank-a daha sərfəli şərtlərə keçir! 20/04/2026 Bank xəbərləri Azərbaycan banklarının aktivləri ilk rübdə 57.6 milyard manatı keçib 20/04/2026 Ölkə daxili Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar 20/04/2026 Bank xəbərləri Ziraat Bank Azərbaycan 2026-cı ilə güclü maliyyə nəticələri ilə başlayıb 20/04/2026