Azərbaycan banklarının aktivləri ilk rübdə 57.6 milyard manatı keçib Bank xəbərləri 20/04/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ilin I rübünün sonuna Azərbaycan banklarının aktivlərinin ümumi həcmi 57 milyard 612.2 milyon manata çatıb. Banker.az xəbər verir ki, bu göstərici 2025-ci ilin IV rübü ilə müqayisədə təxminən 1.6% artım deməkdir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Aktivlərin 30 milyard 43 milyon manatı müştərilərə verilən kredit portfeli təşkil edib. Bu da ilin əvvəlindəki 29 milyard 786.2 milyon manatla müqayisədə 0.9% artımdır. Ən iri beş bank – ABB, Kapital Bank, PAŞA Bank, Xalq Bank və Bank Respublika-nın aktivlərinin cəmi 40 milyard 820.6 milyon manat təşkil edib ki, bu da ümumi sektorun təxminən 70.9%-ni əhatə edir. Top-5 bankların aktivləri əvvəlki rüblə müqayisədə təxminən 1.4% və ya 555 milyon manat artım göstərib. Ən böyük aktivlərə malik banklar isə aşağıdakılardır: ABB 14.31 milyard manatla birinci, Kapital Bank 11.80 milyard manatla ikinci, PAŞA Bank 9.05 milyard manatla üçüncü, Xalq Bank 3.02 milyard manatla dördüncü və Bank Respublika 2.64 milyard manatla beşinci pillədə qərarlaşıb. TaglarBankların aktivləribanklarının aktivlər Son xəbərlər Telekommunikasiya Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb 20/04/2026 Kripto valyutalar “Strategy” daha 2,54 milyard dollarlıq bitkoin alıb 20/04/2026 Bank xəbərləri Kreditini AFB Bank-a daha sərfəli şərtlərə keçir! 20/04/2026 Ölkə daxili Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar 20/04/2026 Digər xəbərlər Telekommunikasiya Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb 20/04/2026 Kripto valyutalar “Strategy” daha 2,54 milyard dollarlıq bitkoin alıb 20/04/2026 Bank xəbərləri Kreditini AFB Bank-a daha sərfəli şərtlərə keçir! 20/04/2026 Ölkə daxili Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar 20/04/2026