Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar Ölkə daxili 20/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Bu gün Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri Julyen de Frepon və Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar. Bu barədə XİN-dən bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edilib ki, görüşlər zamanı, 16 aprel 2026-cı il tarixində Belçika və Niderland Parlamentləri tərəfindən qəbul edilmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz cəhdlər olan sənədlərə qarşı kəskin etiraz bildirilib. “Sənədlərin tamamilə yalan və əsassız qiymətləndirmələrə uyğun olaraq tərtib edildiyi, bu qurumlar daxilində dərin kök salmış Azərbaycan əleyhinə qərəzi nümayiş etdirdiyi vurğulanıb. Sənədlərdə yer alan qəbuledilməz iddiaların beynəlxalq hüququn kobud şəkildə pozulması və qanunun aliliyinə açıq şəkildə müdaxilə olduğu qeyd edilib. Bundan əlavə, görüşlər zamanı Azərbaycanın suveren əraziləri ilə bağlı saxta istinadlar, eləcə də Ermənistanın ərazi bütövlüyünün pozulması iddiası, erməni əsilli şəxslərin hüquqları və onların guya qanunsuz həbsi ilə bağlı bütün əsassız ittihamlar qətiyyətlə və sərt şəkildə rədd edilib. Sənədlərin qəbulunun Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri arasında son görüşlə üst-üstə düşdüyü üçün xüsusilə paradoksal olduğu səfirlərin diqqətinə çatdırılıb. Belçika və Niderland tərəfləri müvafiq parlamentlərində anti-Azərbaycan qruplarının ikitərəfli münasibətlərə zərər verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırılıblar”, – məlumatda vurğulanıb. Son xəbərlər Telekommunikasiya Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb 20/04/2026 Kripto valyutalar “Strategy” daha 2,54 milyard dollarlıq bitkoin alıb 20/04/2026 Bank xəbərləri Kreditini AFB Bank-a daha sərfəli şərtlərə keçir! 20/04/2026 Bank xəbərləri Azərbaycan banklarının aktivləri ilk rübdə 57.6 milyard manatı keçib 20/04/2026 Digər xəbərlər Telekommunikasiya Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb 20/04/2026 Kripto valyutalar “Strategy” daha 2,54 milyard dollarlıq bitkoin alıb 20/04/2026 Bank xəbərləri Kreditini AFB Bank-a daha sərfəli şərtlərə keçir! 20/04/2026 Bank xəbərləri Azərbaycan banklarının aktivləri ilk rübdə 57.6 milyard manatı keçib 20/04/2026