Si Cinpin: Hörmüz boğazı açıq qalmalıdır Ölkə xarici 20/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Hörmüz boğazında hərəkət azad olmalıdır, çünki bu, bütün Yaxın Şərq regionu ölkələrinin maraqlarına uyğundur. Bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə telefon danışığı zamanı bildirib, “Sinxua” agentliyi xəbər verir. “Hörmüz boğazı normal gəmiçilik üçün açıq qalmalıdır, bu, region ölkələrinin və beynəlxalq ictimaiyyətin ümumi maraqlarına cavab verir”, — deyə Çin lideri bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə O, həmçinin dərhal atəşkəsə çağırıb. Çin rəhbərinin sözlərinə görə, ölkə Yaxın Şərq dövlətlərini mehriban qonşuluq, təhlükəsizlik və əməkdaşlıq quruculuğunda dəstəkləyir. Aprelin 7-də İran və ABŞ iki həftəlik atəşkəs barədə razılığa gəlib. Aprelin 13-də ABŞ Hörmüz boğazına qarşı dəniz blokadasına başlayıb. Aprelin 17-də Tehran birtərəfli qaydada boğazı kommersiya gəmiləri üçün açsa da, aprelin 18-i axşam saatlarında ABŞ-nin İran limanlarına qarşı blokadanı davam etdirməsi səbəbindən onu yenidən bağlamaq qərarına gəlib. TaglarHörmüz boğazıSi Cinpin Son xəbərlər Vergi xəbərləri “Kontakt Home” borcunu hələ tam ödəyə bilməyib 20/04/2026 Sığorta xəbərləri Leysan, sel, yanğın zamanı evə dəyən zərəri kim ödəməlidir? 20/04/2026 Xarici biznes xəbərləri WSJ: Qlobal enerji şirkətləri Yaxın Şərqdən kənarda neft hasilatına sərmayə qoyur 20/04/2026 Kripto valyutalar Kriptohücum DeFi sektorunun ən böyük kredit platformasından 9 mlrd. dollar çıxışa səbəb olub — Bloomberg 20/04/2026 Digər xəbərlər Vergi xəbərləri “Kontakt Home” borcunu hələ tam ödəyə bilməyib 20/04/2026 Sığorta xəbərləri Leysan, sel, yanğın zamanı evə dəyən zərəri kim ödəməlidir? 20/04/2026 Xarici biznes xəbərləri WSJ: Qlobal enerji şirkətləri Yaxın Şərqdən kənarda neft hasilatına sərmayə qoyur 20/04/2026 Kripto valyutalar Kriptohücum DeFi sektorunun ən böyük kredit platformasından 9 mlrd. dollar çıxışa səbəb olub — Bloomberg 20/04/2026