“Atəşgah” Sığorta ABŞ-da “İnnovasiya və Təlim Proqramı”nda iştirak etdi Sığorta xəbərləri 20/04/2026 Paylaş FacebookXWhatsAppTelegram ® Azərbaycan sığorta sektorunu təmsil edən nümayəndə heyəti ABŞ-də təşkil olunan “İnnovasiya və Təlim Proqramı”nda uğurla iştirak edib. Yerli sığorta şirkətlərinin rəhbərlərindən ibarət heyətin tərkibində “Atəşgah” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının sədri Azər Əliyev də yer alıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təșkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində yerli nümayəndə heyəti Stanford Universitetində keçirilən xüsusi təlim proqramına qatılıb. İștirakçılar təlimlərlə yanașı universitetin innovasiya ekosistemi ilə yaxından tanıș olublar. Proqram çərçivəsində nümayəndə heyəti “Google” , “Meta” va “Apple” kimi nüfuzlu beynəlxalq şirkətlərəsəfər edib, bu qurumların innovasiya yanaşmaları vətexnoloji inkişaf istiqamətləri barədə geniş məlumat əldə ediblər. Nümayəndə heyəti həmçinin, proqram təminatının inkişafında çevik idarəetmə yanașmalarına həsr olunmuş “SCRUM” texnologiyası üzrə təlimdə də iştirak edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Təlim çərçivəsində sığorta sektorunda proqram təminatının daha çevik və effektiv şəkildə hazırlanması imkanları müzakirə olunub. Səfər zamanı innovativ startap şirkətlərlə də görüşlər keçirilib. Bu çərçivədə “Stack Al” və “Further Al” şirkətlərində təşkil olunan görüşlərdə süni intellektin sığorta sahəsində tətbiqi, xüsusilə risklərin qiymətləndirilməsi, müştəri xidmətləri və avtomatlaşdırma istiqamətləri üzrə təqdimatlar dinlənilib və müzakirlər aparılıb. TaglarAtəşgah Sığorta Son xəbərlər Kapital bazarı Azərbaycan Mərkəzi Bankı investisiya şirkətləri üçün yeni kapital tələblərini təsdiqləyib 20/04/2026 Ümumi iqtisadi xəbərlər Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib 20/04/2026 Bank xəbərləri Expressbank əməkdaşları üçün “Autizm aylığı” ilə əlaqədar maarifləndirici seminar keçirilib 20/04/2026 Nəqliyyat Tehranda hava limanları fəaliyyətini tam bərpa edib 20/04/2026 Digər xəbərlər Kapital bazarı Azərbaycan Mərkəzi Bankı investisiya şirkətləri üçün yeni kapital tələblərini təsdiqləyib 20/04/2026 Ümumi iqtisadi xəbərlər Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib 20/04/2026 Bank xəbərləri Expressbank əməkdaşları üçün “Autizm aylığı” ilə əlaqədar maarifləndirici seminar keçirilib 20/04/2026 Nəqliyyat Tehranda hava limanları fəaliyyətini tam bərpa edib 20/04/2026