Tbilisidə 70 mərtəbəli “Trump Tower” göydələni tikiləcək Ölkə xarici 20/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Tbilisinin mərkəzində 70 mərtəbəli “Trump Tower” göydələninin tikintisi planlaşdırılır. Layihə həyata keçirilərsə, bu bina Gürcüstanda ən hündür tikili olacaq. “Trump Organization” ilə gürcü iş adamlarından ibarət qrup arasında razılaşma barədə “The Wall Street Journal” məlumat verib. Layihə “Archi Group” və “Biograpi Living” şirkətlərinin daxil olduğu konsorsiumun sifarişi ilə “Gensler” memarlıq bürosu tərəfindən hazırlanır. Tikintidə həmçinin “Blox Group”, “Finvest Georgia” və Nyu-Yorklu developer “Sapir Organization” (Trampın keçmiş biznes tərəfdaşı) iştirak edir. Digər tərəfdaşlardan biri isə NBA-nın keçmiş oyunçusu Zaza Paçuliadır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Tikintinin dəyəri rəsmi olaraq açıqlanmasa da, layihənin qiyməti 100–120 milyon dollar aralığında qiymətləndirilir və tikintinin 5–7 il davam edəcəyi gözlənilir. Müstəqil ekspertlər hesab edir ki, “Trump Organization” layihəyə maliyyə yatırmayacaq, yalnız franşiza əsasında öz adını təqdim edəcək. “Trump Organization” layihə ilə bağlı açıqlamanı ABŞ prezidentinin oğlu və şirkətin icraçı vitse-prezidenti Erik Tramp verib. Onun sözlərinə görə, göydələn Gürcüstanda “dünya səviyyəsində tanınan ən yüksək standartları” müəyyən edəcək. TaglarTrump Tower Son xəbərlər Yerli biznes xəbərləri “G CO 1” şirkətinin nizamnamə kapitalı 14.4 milyon manat azaldıldı 20/04/2026 Ümumi iqtisadi xəbərlər Baş nazir Əli Əsədov iclas keçirdi – Nələr müzakirə edilib? 20/04/2026 Kapital bazarı Azərbaycan Mərkəzi Bankı investisiya şirkətləri üçün yeni kapital tələblərini təsdiqləyib 20/04/2026 Sığorta xəbərləri “Atəşgah” Sığorta ABŞ-da “İnnovasiya və Təlim Proqramı”nda iştirak etdi 20/04/2026 Digər xəbərlər Yerli biznes xəbərləri “G CO 1” şirkətinin nizamnamə kapitalı 14.4 milyon manat azaldıldı 20/04/2026 Ümumi iqtisadi xəbərlər Baş nazir Əli Əsədov iclas keçirdi – Nələr müzakirə edilib? 20/04/2026 Kapital bazarı Azərbaycan Mərkəzi Bankı investisiya şirkətləri üçün yeni kapital tələblərini təsdiqləyib 20/04/2026 Sığorta xəbərləri “Atəşgah” Sığorta ABŞ-da “İnnovasiya və Təlim Proqramı”nda iştirak etdi 20/04/2026