İmişli rayonunda bədbəxt hadisə baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, İmişli şəhər sakini, 1967-ci il təvəllüdlü Mehman Cavadovu elektrik cərəyanı vurub. Hadisə nəticəsində o, dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.