Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı yeni təklif Ölkə daxili 20/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı yeni yanaşmalar müzakirə olunur. Bunu millət vəkili Vüqar Bayramov deyib. Onun sözlırinə görə daha yaxşı olardı ki, minimum əməkhaqqı məbləği artırılan zaman orta aylıq əməkhaqqı ilə nisbət nəzərə alınsın. 2026-cı ilin ilk 2 ayında Azərbaycanda orta aylıq əməkhaqqı 1099 manat olub. Bu, o deməkdir ki, ölkədə minimum əməkhaqqı orta aylıq əməkhaqqının cəmi 36.3 faizini təşkil edir. Qlobal olaraq daha uyğun hesab edilən nisbət isə 55-60 faizdir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Minimum əməkhaqqındakı artım faizinin daha çox olması bu fərqin azalmasına səbəb ola bilər. Bu baxımdan, minimum əməkhaqqı artırılan zaman orta aylıq əməkhaqqı ilə nisbətin nəzərə alınması və minimum əməkhaqqında daha yüksək artımların reallaşması məqsədəuyğun olardı. Bu il fevral ayında təsdiq edilən dəyişikliklərdən sonra bir il ərzində yeni mexanizmə uyğun olaraq minimum əməkhaqqının artırılması ilə bağlı konkret təkliflərin hazırlanması və təqdim olunması gözlənilir. MənbəXezerxeber.az Taglarminimum əməkhaqqıVüqar Bayramov Son xəbərlər Ölkə xarici Paşinyan: Qarabağa qayıdış mövzusunu bağlamışıq 20/04/2026 Ölkə daxili Azərbaycana gətirilən toyuq məhsulunda bakteriya tapıldı 20/04/2026 Ölkə daxili Bakıda 100 min binanın söküləcəyi iddialarına rəsmi açıqlama 20/04/2026 Ümumi iqtisadi xəbərlər Rövşən Əmircanov: “Qlobal əmtəə bazarında qızıla tələbat zəifləməyib” 20/04/2026 Digər xəbərlər Ölkə xarici Paşinyan: Qarabağa qayıdış mövzusunu bağlamışıq 20/04/2026 Ölkə daxili Azərbaycana gətirilən toyuq məhsulunda bakteriya tapıldı 20/04/2026 Ölkə daxili Bakıda 100 min binanın söküləcəyi iddialarına rəsmi açıqlama 20/04/2026 Ümumi iqtisadi xəbərlər Rövşən Əmircanov: “Qlobal əmtəə bazarında qızıla tələbat zəifləməyib” 20/04/2026