ABŞ Prezidenti Donald Tramp bildirib ki, müddət bitənədək razılaşma əldə olunmasa, İranla iki həftəlik atəşkəs rejiminin uzadılması ehtimalı azdır. "Report" xəbər verir ki, bu barədə o "Bloomberg"ə bildirib. Onun sözlərinə görə, tərəflər arasında razılaşma əldə olunana qədər Hörmüz boğazı blokadada qalacaq. Daha əvvəl Tramp bildirib ki, vitse-prezident Cey Di Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti çərşənbə axşamı keçiriləcək İranla danışıqlarda iştirak etmək üçün Pakistana yola düşüb.