[P1] ABŞ Rusiyanın davranışından asılı olaraq, daha çox dizel yanacağının qlobal bazara çıxarılmasına icazə verə bilər. Bu barədə Energetika Naziri Kris Rayt çərşənbə axşamı CNBC -yə verdiyi müsahibədə bildirib. Rayt Tramp administrasiyası nın bu ayın əvvəlində Rusiya dizel ixracına qarşı ABŞ sanksiyalarını dayandırmasını Moskvanın Ukrayna dakı müharibəni bitirməsi üçün "stimul" kimi qiymətləndirib. O, bunun yanacaq təchizatına cüzi də olsa kömək edəcəyini deyib. Gəmi izləmə platforması MarineTraffic -in məlumatına görə, Rusiya bayraqlı "Talisman" tankeri noyabrın 9-da ABŞ -ın şərq sahillərinə çatması gözlənilir. Digər tanker, "Leruo" isə Rusiya dan "Atlantik sahili"nə doğru yola çıxıb, lakin təyinat yerini açıq şəkildə ABŞ kimi bildirməyib. Rayt CNBC -nin "Power Lunch" proqramına bildirib ki, ABŞ sanksiyalarından imtina edilməsi ilə daha çox Rusiya dizel tankeri "çox güman ki" yola çıxa bilər. Energetika naziri deyib: "Bu, Rusiya nın qarşısına bir "yem" qoymaq cəhdidir". [P2] Prezident Donald Tramp prezident Vladimir Putin lə Rusiya nın oktyabr və noyabr aylarında 800 000 metrik ton, ardınca isə daha bir milyon ton dizel ixrac etməsi barədə razılığa gəlib. Tramp gələn çərşənbə axşamı ABŞ -da keçiriləcək aralıq seçkilər öncəsi artan dizel qiymətlərini azaltmaq üçün siyasi təzyiqlərlə üzləşdiyi bir vaxtda Putin lə razılığa gəlib. Yanacaq qiymətləri ABŞ və İsrail in fevralın 28-də İran a hücumundan sonra kəskin artıb. Lakin analitiklər bildirirlər ki, Tramp-Putin razılaşmasındakı dizel həcmləri qiymətləri əhəmiyyətli dərəcədə aşağı salmayacaq, çünki bu göndərişlər gündəlik təxminən 28 milyon barel olan qlobal tələbatla müqayisədə kiçikdir. Rusiya dan ilk 300 000 tonluq göndəriş bir ay ərzində paylansa, gündəlik təxminən 75 000 barelə (bpd) bərabərdir. İkinci tranş, 500 000 ton isə təxminən 124 000 bpd-yə bərabərdir. [P3] Ukrayna Prezidenti Volodimir Zelenski dizel razılaşmasını kəskin tənqid edib. Kiyev bu il Rusiya neft emalı zavodlarını vuraraq Kreml in enerji ixracından əldə etdiyi gəlirləri azaltmağa və Moskva nın müharibə aparmaq qabiliyyətini məhdudlaşdırmağa çalışıb. Bu zərbələr Moskva nı iyul ayında dizel ixracına qadağa qoymağa məcbur edib. Kreml Tramp-Putin razılaşmasını yerinə yetirmək üçün bu qadağanı qismən ləğv edib. Bir neçə Respublikaçı senator da bu razılaşmanı pisləyərək, Demokrat həmkarları ilə birlikdə razılaşmanı "düşmənimizə hədiyyə və müttəfiqlərimizə xəyanət" kimi qınayan bir məktub imzalayıblar.