Xüsusilə kiçik bizneslərə Bitcoin ilə ödəniş qəbul etməyə və bank kimi vasitəçi qurumlardan asılı olmamağa imkan verən BTCPay də haker hücumuna məruz qalıb. Şirkət, bizneslərdən gələn “icazəsiz Bitcoin çıxarışları” şikayətləri əsasında istintaqa başlayıb. Bildirilir ki, hücum edənlər bizneslərin internetə bağlı olan isti cüzdanlarını hədəf alıblar. BTCPay baş verənlərdən sonra istifadəçilərindən istintaq tamamlanana qədər serverlərini bağlamalarını tələb edib. Hücumun necə həyata keçirildiyi hələ müəyyən edilməyib və cüzdanlardan nə qədər BTC çıxışı olduğu barədə də hələlik heç bir detal verilməyib. Gələn məlumatlar hakerlərin serverlərə giriş əldə etdikləri və daha sonra bəzi cüzdanlarda nəzarəti ələ keçirdikləri istiqamətindədir, lakin bunun necə edildiyi hələ də məlum deyil. Bu sistemi istifadə edən cüzdanlar açar sözlərini serverlərdə saxlayırlar. Serverlər də daim internetə bağlı olduğu üçün əməliyyatlar tez və başqa cihazlara ehtiyac olmadan həyata keçirilə bilir. Lakin bu vəziyyət, serverin ələ keçirilməsi halında, açar sözün də ələ keçirilməsi ehtimalını yaradır və təhlükə törədir. BTCPay də verdiyi açıqlamada istifadəçilərdən serverlərini internetdən ayırmalarını xahiş edib. Çünki hər bir biznesin öz serveri var və bağlama əməliyyatını istifadəçinin özü etməlidir.