Blok zənciri analiz şirkəti Elliptic , Binance hakerinin 28 ədəd BTC -ni pul yuma əməliyyatına cəlb etdiyini müəyyən edib. CoinJoin kimi tanınan Bitcoin mikser metodunun istifadə olunduğu əməliyyatlarda beləliklə ilk rəsmi pul yuma da həyata keçirilmiş oldu. Elliptic -in hazırladığı ətraflı hesabatına görə, haker əvvəlcə oğurlanmış TRX tokenlərini BTC -yə çevirib və WabiSabi protokolu vasitəsilə qarışdırma əməliyyatına göndərib. Daha sonra oğurlanmış ETH tokenlərinin bir hissəsi yenidən BTC -yə çevrilərək eyni şəkildə mikserə köçürülüb. Digər tərəfdən, bu yuyulmuş BTC -lərin Binance -dən oğurlanmış Bitcoin -lər olmadığı bildirilib. Hakerin Binance birjasından birbaşa oğurladığı 1,4 milyard dollar dəyərindəki 18 270 ədəd BTC hələ də 19 cüzdanda qalır. Bunlar hələ mikserlərə göndərilməyib. Məlum olduğu kimi, hücumun baş verdiyi ilk gecə Tether və Circle şirkətləri 2,5 milyard dollarlıq USDT və USDC -ni dondurmuşdu. Bu səbəbdən haker əlində qalan digər sabit koinləri sürətlə ETH və TRX -ə çevirməyə başlamışdı. Elliptic -in verdiyi məlumata görə, ilk saatlarda haker Ethereum şəbəkəsində 434 milyon USDT -ni Uniswap başda olmaqla mərkəzləşdirilməmiş birjalarda ETH -yə çevirməyi bacarmışdı. Elliptic -ə görə, hər 25 saniyədə bir haker yeni bir cüzdan istifadə edib. 12 mindən çox cüzdanda 40 mindən çox əməliyyat aparan hücumçunun avtomatik proqram təminatları ilə əməliyyatları sürətlə həyata keçirdiyi düşünülür. Lakin bu proqram təminatlarının süni intellekt dəstəkli olub-olmadığı hələ də məlum deyil.