ABŞ aviasiya tənzimləyiciləri milyarder Ceff Bezos a məxsus Blue Origin kosmik şirkətinə “New Glenn” raketinin yuxarı pilləsindəki nasazlığı araşdırmağı əmr edib. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bazar ertəsi kosmik texnologiya şirkəti Blue Origin -ə nəhəng “New Glenn” raketinin ikinci pilləsinin uğursuzluğunu araşdırmağı tapşırıb. Raket bazar günü Florida dan uğurla buraxılsa da, AST SpaceMobile rabitə peykini düzgün orbitə çıxara bilməyib. ABŞ milyarderi Ceff Bezos a məxsus Blue Origin -dən FAA hadisənin araşdırılmasını və uçuşlara davam etməzdən əvvəl agentliyin yekun hesabatını təsdiqləməsini tələb edir.