28 May ətrafında tramvay şəbəkəsi yaradılır Nəqliyyat 21/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Bakıda nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində bir neçə istiqamət üzrə yeni tramvay xətlərinin çəkilməsi planlaşdırılır. Banker.az xəbər verir ki, bu barədə AzTV-yə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Seabrezdən Mehdiabada qədər tramvay xəttinin çəkilməsi nəzərdə tutulur. Bu xəttin Mehdiabaddan metronun “28 May” stansiyasına qədər uzadılması planlaşdırılır. Bundan əlavə, Bayıl ərazisindən “28 May” stansiyasınadək də tramvay xəttinin çəkilməsi gündəmdədir. Eyni zamanda, “28 May”dan “Həzi Aslanov” istiqamətində, Mehdiabaddan isə “8 Noyabr” stansiyasına qədər yeni xətlərin salınması nəzərdə tutulur. Layihələrin həyata keçirilməsi nəticəsində paytaxtın şərq və qərb, eləcə də şimal və cənub istiqamətləri arasında nəqliyyat əlaqəsi daha da gücləndiriləcək”,-deyə V. Qasımlı bildirib. Taglar28 Mayİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzitramvay Son xəbərlər İnvestisiya “Amazon” süni intellekt startapı “Anthropic”ə 25 mlrd. dollara qədər sərmayə qoyur 21/04/2026 Bank xəbərləri “Azər Türk Bank”da yeni təyinat 21/04/2026 Bank renkinqləri Bankların cəmi kapitalına görə RENKİNQİ: həcm, dinamika və bazar payı (01.04.2026) 21/04/2026 Ölkə xarici ABŞ və İran danışıqlarına hazırlığın yekun mərhələsi başlayıb 21/04/2026 Digər xəbərlər İnvestisiya “Amazon” süni intellekt startapı “Anthropic”ə 25 mlrd. dollara qədər sərmayə qoyur 21/04/2026 Bank xəbərləri “Azər Türk Bank”da yeni təyinat 21/04/2026 Bank renkinqləri Bankların cəmi kapitalına görə RENKİNQİ: həcm, dinamika və bazar payı (01.04.2026) 21/04/2026 Ölkə xarici ABŞ və İran danışıqlarına hazırlığın yekun mərhələsi başlayıb 21/04/2026