Bankların cəmi kapitalına görə RENKİNQİ: həcm, dinamika və bazar payı (01.04.2026) Bank xəbərləriBank renkinqləri 21/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan bank sektorunda cəmi kapital 2026-cı ilin ilk rübündə 323.9 milyon manat və ya 4.4% illik artım nümayiş etdirib. Banker.az-ın bank hesabatlarına istinadən ilkin hesablamalarına görə, bankların ümumi kapitalı 7 milyard 615.5 milyon manata çatıb. Bu, 2025-ci ilin dördüncü rübündə 7 milyard 291.6 milyon manat idi. Banklarda kapital artımı onların böyük xalis mənfəət əldə etməsi ilə əlqəlidir. Belə ki, sektor ilk rübdə 373 milyon manat xalis mənfəət əldə ediblər. Bu da 2025-cü ilin müvafiq dövründəki 253 milyon manatla müqayisədə 120 milyon manat və ya 48% artımdır. Bu dövr ərzində heç bir bank nizamnamə kapitalına toxunmayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Eyni dövrdə sektorun əsas hissəsini təşkil edən ilk beş bankın bazar payında da cüzi artım qeydə alınıb. Belə ki, ABB, Kapital Bank, PAŞA Bank, Xalq Bank və Bank Respublika daxil olmaqla TOP 5 bankın cəmi kapitalı 5 milyard 344.7 milyon manat olub. Bu isə ümumi sektor kapitalının 70.2%-ni təşkil edir. Müqayisə üçün, 2025-ci ilin son rübündə TOP 5 bankın kapitalı 5 milyard 92.7 milyon manat, bazar payı isə 69.8% olub. Beləliklə, hesabat dövründə ilk beş bankın bazar payı 0.4 faiz bəndi artıb. Qeyd edək ki, bankın cəmi kapitalı onun öz vəsaitlərinin ümumi məbləğini ifadə edir. Bu göstəriciyə nizamnamə kapitalı, bölüşdürülməmiş mənfəət, ehtiyat fondları və digər kapital komponentləri daxildir. Taglarbankların renkinqicəmi kapital Son xəbərlər İnvestisiya “Amazon” süni intellekt startapı “Anthropic”ə 25 mlrd. dollara qədər sərmayə qoyur 21/04/2026 Nəqliyyat 28 May ətrafında tramvay şəbəkəsi yaradılır 21/04/2026 Bank xəbərləri “Azər Türk Bank”da yeni təyinat 21/04/2026 Ölkə xarici ABŞ və İran danışıqlarına hazırlığın yekun mərhələsi başlayıb 21/04/2026 Digər xəbərlər İnvestisiya “Amazon” süni intellekt startapı “Anthropic”ə 25 mlrd. dollara qədər sərmayə qoyur 21/04/2026 Nəqliyyat 28 May ətrafında tramvay şəbəkəsi yaradılır 21/04/2026 Bank xəbərləri “Azər Türk Bank”da yeni təyinat 21/04/2026 Ölkə xarici ABŞ və İran danışıqlarına hazırlığın yekun mərhələsi başlayıb 21/04/2026