Bankların 2026-cı ilin I rübü üzrə əməliyyat mənfəətinə görə RENKİNQİ Bank xəbərləriBank renkinqləri 21/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan bank sektorunda 2026-cı ilin ilk rübündə əməliyyat mənfəəti üzrə artım qeydə alınıb. Banker.az-ın bankların maliyyə hesabatlarına əsaslanan ilkin hesablamalarına görə, sektor üzrə ümumi əməliyyat mənfəəti 540.4 milyon manat təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövründə 417.9 milyon manat olub. Nəticədə illik müqayisədə əməliyyat mənfəəti 122.5 milyon manat və ya 29.3% artıb. Banklar üzrə ən yüksək əməliyyat mənfəəti ABB-də qeydə alınıb. Belə ki, bankın əməliyyat mənfəəti 164.2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəki 121.4 milyon manatla müqayisədə artım deməkdir. İkinci yerdə Kapital Bank qərarlaşıb və onun əməliyyat mənfəəti 162.8 milyon manata yüksəlib (2025-ci ildə 99.1 milyon manat). PAŞA Bank isə 69.2 milyon manat əməliyyat mənfəəti ilə üçüncü olub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Oxşar yazı: 2026-cı ilin ilk rübündə ən böyük xalis mənfəət əldə edən banklar – RENKİNQ Bank Respublika və AccessBank da müsbət dinamika nümayiş etdirərək müvafiq olaraq 22.4 milyon manat və 19.9 milyon manat əməliyyat mənfəəti əldə ediblər. Qeyd edək ki, əməliyyat mənfəəti bankın əsas bankçılıq fəaliyyətlərindən əldə etdiyi gəlirdir və faiz, komissiya və digər əməliyyat gəlirlərinin xərclər çıxıldıqdan sonra qalan hissəsini əks etdirir. Taglarbankların renkinqiəməliyyat mənfəəti Son xəbərlər Ölkə xarici CNN: ABŞ və İran danışıqları 22 aprelə planlaşdırılıb 21/04/2026 Nəqliyyat Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu? 21/04/2026 Əsas məlumatlar Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb 21/04/2026 Ümumi iqtisadi xəbərlər ADB Azərbaycanı dövlət satınalmalar sisteminin modernləşdirilməsi üzrə regional layihəyə daxil edib 21/04/2026 Digər xəbərlər Ölkə xarici CNN: ABŞ və İran danışıqları 22 aprelə planlaşdırılıb 21/04/2026 Nəqliyyat Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu? 21/04/2026 Əsas məlumatlar Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb 21/04/2026 Ümumi iqtisadi xəbərlər ADB Azərbaycanı dövlət satınalmalar sisteminin modernləşdirilməsi üzrə regional layihəyə daxil edib 21/04/2026