Cənubi Koreya Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsinə yönəlmiş beynəlxalq səylərə dəstək məqsədilə diplomatik, humanitar və hərbi iştirak variantlarını nəzərdən keçirir. "Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi bildirib.