Azərbaycanda hazırda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı 288 nəfər təşkil edir. Bu barədə "Report"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Onların 43-ü kişi, 245-i qadındır. Ölkədə ən yaşlı pensiyaçının 136 yaşı var.