SpaceX-in bazar dəyəri $6.6 trilyona çatarsa, İlon Mask əlavə 60 mln. səhm alacaq — The Information İnvestisiya 21/04/2026 Paylaş FacebookXWhatsAppTelegram “SpaceX” şirkəti bazar dəyəri 6,6 trilyon dollara çatacağı təqdirdə təsisçisi İlon Mask üçün əlavə 60 milyon səhm ayrılmasını nəzərdə tutan planı təsdiqləyib. Bu barədə “The Information” məlumat yayıb. Məlumata görə, 2025-ci ildə Mask “SpaceX”dəki payını artıraraq hazırkı və keçmiş əməkdaşlardan 1,4 milyard dollar dəyərində səhmlər alıb. Alınan səhmlərin dəqiq sayı açıqlanmayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bundan əlavə, şirkət planına əsasən, bazar kapitalizasiyası 6,6 trilyon dollara çatarsa və kosmik məlumat emalı mərkəzlərinin tikintisi layihəsi başa çatarsa, Mask əlavə 60 milyon səhm əldə edəcək. Səhmlər mərhələli şəkildə — hər 500 milyard dollarlıq kapitalizasiya artımı üzrə hissə-hissə veriləcək. 2026-cı ilin əvvəlində media “SpaceX”in IPO keçirmək planları barədə məlumat yaymışdı. “Bloomberg”in məlumatına görə, şirkət 2026-cı ilin iyununda birjaya çıxmağı və 2 trilyon dollar dəyərində qiymətləndirmə əldə etməyi planlaşdırır. Fevralın əvvəlində “SpaceX” “xAI” və “X” sosial şəbəkəsinin alındığını elan edib. Bu sövdələşmədən sonra şirkətin qiymətləndirilməsi 1,25 trilyon dollar təşkil edib. Taglarİlon MaskSpaceX Son xəbərlər Nəqliyyat AYNA: Metro xətləri üzrə bütün marşrutlarda avtobusların sayı artırılır 21/04/2026 Bank xəbərləri “Bank of Baku” kredit portfelini ilk rübdə 6% artırıb 21/04/2026 Bank xəbərləri Birbank və Visa ilə “FIFA Dünya Çempionatı 2026”nın final oyununda iştirak şansı qazanın 21/04/2026 Texnologiya xəbərləri “WhatsApp” yeni “Plus” abunəliyini sınaqdan keçirməyə başlayıb 21/04/2026 Digər xəbərlər Nəqliyyat AYNA: Metro xətləri üzrə bütün marşrutlarda avtobusların sayı artırılır 21/04/2026 Bank xəbərləri “Bank of Baku” kredit portfelini ilk rübdə 6% artırıb 21/04/2026 Bank xəbərləri Birbank və Visa ilə “FIFA Dünya Çempionatı 2026”nın final oyununda iştirak şansı qazanın 21/04/2026 Texnologiya xəbərləri “WhatsApp” yeni “Plus” abunəliyini sınaqdan keçirməyə başlayıb 21/04/2026