Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. "Report" xəbər verir ki, Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 17 ailə - 74 nəfər köçürülüb.