Almaniyanın xarici işlər naziri Yohann Vadeful İranı ABŞ-nin İslamabadda danışıqlar təklifini qəbul etməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb. Vadeful Tehranı ABŞ-nin təklifini qəbul etməyə və Tehranı öz əhalisinin rifahı naminə bu fürsəti əldən verməməyə çağırıb. "Bildiyimiz kimi, ABŞ-nin vitse-prezidenti (Cey Di Vens) İslamabada getməyə hazırdır. İran indi öz xalqı naminə danışıqların aparılması təklifini qəbul etməlidir", - Vadeful Lüksemburqda Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl deyib.