AtaSığorta müqavilələri Atəşgah Sığorta Şirkətinə ötürüldü Sığorta xəbərləri 21/04/2026 Paylaş FacebookXWhatsAppTelegram 10 aprel 2026-cı ildən etibarən, “AtaSığorta” ilə vətəndaşlar arasında bağlanmış bütün sığorta müqavilələri “Atəşgah” Sığorta Şirkəti ASC-yə ötürülmüşdür. Bu dəyişiklik nəticəsində, əvvəlki dövr ərzində “AtaSığorta”da sığortalanan vətəndaşlar, hər hansı bir sığorta hadisəsi və ya digər müraciətləri ilə bağlı bundan sonra yalnız “Atəşgah” Sığorta Şirkətinə müraciət etməli olacaqlar.Keçid dövrünün problemsiz həyata keçirilməsi və müştərilərin hüquqlarının tam şəkildə qorunması məqsədilə müvafiq qaydalara tam riayət ediləcəkdir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Şəffaflıq və məlumatlandırma prosesləri müvafiq olaraq təmin ediləcək, müştərilərin hər hansı bir narahatlıq yaşamaması üçün bütün lazımi tədbirlər görüləcəkdir. Bu ötürülmə prosesi, “Atəşgah” Sığorta Şirkəti ASC üçün bazar mövqeyinin gücləndirilməsi və məhsul portfelinin genişləndirilməsi baxımından mühüm bir fürsət kimi dəyərləndirilir. Şirkət, müştərilərə daha geniş və rəqabətli sığorta məhsulları təqdim etməyi hədəfləyir və gələcəkdə bu istiqamətdə müvafiq strateji addımlar atmağı planlaşdırır. TaglarAtəşgah Sığorta Son xəbərlər Nəqliyyat Metronun fəaliyyətinin dayanmasının səbəbi açıqlanıb 21/04/2026 Daşınmaz əmlak Bakıda 237 yeni mənzil kirayə yolu ilə satışa çıxarılır – aylıq ödəniş 925 manatdan 21/04/2026 Menecement (təyinatlar) TƏBİB sədri 5 müşaviri və departament rəhbərini işdən çıxardı 21/04/2026 Ölkə daxili Azərbaycanda bu şəxslər də güzəştli ipoteka krediti ala biləcək 21/04/2026 Digər xəbərlər Nəqliyyat Metronun fəaliyyətinin dayanmasının səbəbi açıqlanıb 21/04/2026 Daşınmaz əmlak Bakıda 237 yeni mənzil kirayə yolu ilə satışa çıxarılır – aylıq ödəniş 925 manatdan 21/04/2026 Menecement (təyinatlar) TƏBİB sədri 5 müşaviri və departament rəhbərini işdən çıxardı 21/04/2026 Ölkə daxili Azərbaycanda bu şəxslər də güzəştli ipoteka krediti ala biləcək 21/04/2026