Bu gün Bakı metrosunda baş verən hadisədə iki qadın- 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 9 nəfərə isə arterial hipertenziya və stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib. Baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub.