“108” Çağrı Mərkəzində çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarına xidmət göstəriləcək Ölkə daxili 21/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Çağrı Mərkəzi mövcud olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanları çağrı xidmətlərinin “108” Çağrı Mərkəzində təşkili məqsədilə müvafiq məlumatları (sənədləri) 3 ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etməli və qoşulma ilə bağlı digər zəruri tədbirlər görməlidirlər. Nazirlər Kabineti bu barədə qərar verib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qərara əsasən, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər öz vəsaitləri hesabına (fəaliyyətlərindən əldə olunan gəlirlər nəzərə alınmaqla) 5 ay müddətində çağrı mərkəzlərini yaratsınlar və ya müqavilə əsasında çağrı xidmətlərinin göstərilməsini təşkil etməlidirlər. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi: – Çağrı Mərkəzi mövcud olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının çağrı xidmətlərinin “108” Çağrı Mərkəzi vasitəsilə göstərilməsini təmin etməli; -“108” Çağrı Mərkəzinin maddi-texniki təminatı üçün zəruri olan maliyyə vəsaiti ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir. Maliyyə Nazirliyi Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etməlidir. MənbəAPA Taglar108 Çağrı MərkəziAzərbaycan Nazirlər Kabineti Son xəbərlər Ümumi iqtisadi xəbərlər “Fitch Ratings”: Bu il Azərbaycanda iqtisadi artım 2%-dən yüksək olacaq 21/04/2026 Yerli biznes xəbərləri Azərbaycanda zavod fəaliyyətini dayandırır 21/04/2026 Bank xəbərləri “AccessBank” ilk rübdə kreditlər üzrə faiz gəlirini illik 17% artırıb 21/04/2026 Bank xəbərləri Moody’s Ratings PAŞA Bank-a “Ba2” reytinqi verib, proqnozu “müsbət” olaraq müəyyən edib 21/04/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər “Fitch Ratings”: Bu il Azərbaycanda iqtisadi artım 2%-dən yüksək olacaq 21/04/2026 Yerli biznes xəbərləri Azərbaycanda zavod fəaliyyətini dayandırır 21/04/2026 Bank xəbərləri “AccessBank” ilk rübdə kreditlər üzrə faiz gəlirini illik 17% artırıb 21/04/2026 Bank xəbərləri Moody’s Ratings PAŞA Bank-a “Ba2” reytinqi verib, proqnozu “müsbət” olaraq müəyyən edib 21/04/2026