Hesablama Palatası Elm və Təhsil Nazirliyində nöqsanlar aşkarlayıb Təhsil 21/04/2026 Paylaş FacebookXWhatsAppTelegram Hesablama Palatası təhsil sisteminin informasiyalaşdırılmasında çatışmazlıqlar aşkarlayıb. Bu barədə Palatanın “Dövlət auditi” bülletenində bildirilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Sənədə əsasən, audit qurumun 2025-ci il üçün İş planına uyğun olaraq aparılıb və 1 yanvar 2021-ci il tarixindən 1 yanvar 2025-ci il tarixinə qədər dövrü əhatə edib. Audit obyekti kimi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi müəyyən edilib. Hesabatda qeyd olunub ki, idarə nazirliyin tabeliyində maddi-texniki təchizat üzrə ayrıca ixtisaslaşmış qurum fəaliyyət göstərməsinə baxmayaraq, audit dövründə 8 milyon 491 min manat məbləğində kompüter, printer və digər avadanlıqlar satın alıb. Audit zamanı təhsil sektorundakı 30 aktiv layihə üzrə təhlillər aparılıb. Nəticədə həmin layihələrdə informasiya təhlükəsizliyi, sənədləşdirmə, idarəetmə və nəzarət mexanizmləri ilə bağlı bir sıra çatışmazlıqlar müəyyən edilib. Bundan əlavə, bəzi informasiya sistemlərində istifadəçilərin identifikasiyası üzrə “Vahid giriş sistemi”nin tələblərinə tam əməl olunmadığı, sistemlərarası inteqrasiyanın və məlumat mübadiləsinin yetərli səviyyədə təmin edilmədiyi bildirilib. Hesablama Palatası vurğulayıb ki, qeyd olunan çatışmazlıqlar informasiya sistemlərinin səmərəliliyinə, rəqəmsal idarəetmənin effektivliyinə və dövlət vəsaitlərindən istifadənin nəticəliliyinə mənfi təsir göstərir. MənbəAPA TaglarElm və Təhsil Nazirliyi (ETN)Hesablama Palatası Son xəbərlər Aqrarbiznes Kənd təsərrüfatına hər manat subsidiya üzrə istehsal aşağı düşüb 21/04/2026 Ölkə daxili Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib 21/04/2026 Ölkə daxili Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026 Energetika “Azərenerji”nin fəaliyyətində ciddi pozuntular aşkarlandı 21/04/2026 Digər xəbərlər Aqrarbiznes Kənd təsərrüfatına hər manat subsidiya üzrə istehsal aşağı düşüb 21/04/2026 Ölkə daxili Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib 21/04/2026 Ölkə daxili Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026 Energetika “Azərenerji”nin fəaliyyətində ciddi pozuntular aşkarlandı 21/04/2026