Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyanın general-qubernatoru Sindi Kironu qəbul edib. "Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, görüşdə Türkiyə-Yeni Zelandiya əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib. "Türkiyənin Yeni Zelandiya ilə başda ticarət olmaqla, müdafiə sənayesi və nəqliyyat sahələrində əlaqələri inkişaf etdirməyi hədəflədiyi bildirilib", - məlumatda qeyd olunub. Söhbət zamanı Yeni Zelandiyanın islamofobiya ilə mübarizəsi xüsusi vurğulanıb, Yeni Zelandiyanın Fələstin Dövlətini tanımasının İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllinə töhfə verəcəyi qeyd edilib.